Vladimir Putin Misirə səfəri zamanı ölkə prezidenti Əbdül Fəttah əs-Sisiyə “Kalaşnikov” markalı avtomat silah bağışlayıb. Vladimir Putin Misirə səfəri zamanı ölkə prezidenti Əbdül Fəttah əs-Sisiyə “Kalaşnikov” markalı avtomat silah bağışlayıb.

Rusiya prezidenti Vladimir Putinin qeyri-adi – Hədiyyələri + Fotolar

Vladimir Putin Misirə səfəri zamanı ölkə prezidenti Əbdül Fəttah əs-Sisiyə “Kalaşnikov” markalı avtomat silah bağışlayıb.


AzNews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin dövlət başçılarına etdiyi hədiyyələr böyük marağa səbəb olub.

Məsələn, Vladimir Putin Misirə səfəri zamanı ölkə prezidenti Əbdül Fəttah əs-Sisiyə "Kalaşnikov" markalı avtomat silah bağışlayıb.



Bununla da Putin həmkarının hərbçi keçmişinə hörmətini nümayiş etdirib. Digər tərəfdən isə bu hədiyyə Rusiya prezidentinin şəffaf şəkildə gələcək Rusiya-Misir əməkdaşlığının perspektivlərinə işarə etdiyi düşünülür.

Rusiya prezidenti Yaponiyanın Akita prefektoriyasının qubernatoruna Sülh ləqəbli Sibir pişiyi hədiyyə edib. Ev heyvanına belə bir adı qubernator özü verib. Belə ki, 2011-ci ildə baş verən daşqının nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə minnətdarlıq bildirən qubernator Rusiya prezidentinə küçük hədiyyə edib.



Bu ilin yanvar ayında Venesuela prezidenti Nikolas Maduranın Moskvaya səfəri zamanı Putin həmkarına Latın Amerika ölkələrini işğaldan azad edən Simon Bolivarın qılıncının unikal nüsxəsini bağışlayıb.



2014-cü ilin noyabrında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti zamanı Çin prezidenti Si Szinpin Rusiya prezidentindən yeni Rusiya smartfonu "YotaPhone 2"ni hədiyyə alıb.



Rusiya Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanovun 70 illik yubileyində Putin ona Çapayevin fiqurunu bağışlayıb.



2013-cü ilin iyununda Vladimir Putin Almaniya kansleri Angela Merkelə 1894-cü ildə imzalanan Rusiya-Almaniya ticarət sazişinə həsr olunan litoqrafiya hədiyyə edib.



Yevgeni Primakov 2014-cü ildə yubileyi zamanı Rusiya prezidentindən nadir primus həddiyə alıb. Görünür bu hədiyyə yubilyarın həmkarları arasındakı "primus" (Latınca tərcümədə "İlk" deməkdir - red.) ləqəbinə işarədir.



2003-cü ilin oktyabrında Putin Almaniya kansleri Qerhard Şrederə Pavel Bajobun nağıllarının qəhrəmanı olan Mis dağının sahibəsinin gümüş fiqurunu hədiyyə edib.



2003-cü ilin martında yazıçı Sergey Mixalkovun 90 illik yubileyinə gələn Putin ona gəncliyinin fotolarından hazırlanan albom hədiyyə edib.



2002-ci ilin aprelində İtaliya nazirlər şurasının sədri Silvio Berluskoninin Rusiyaya səfəri zamanı Vladimir Putin ona Moskvada buraxılan "Berluskoni effekti" kitabını hədiyyə edib.


Aydan AXUNDOVA