Üzünüz payıza hazırdırmı? Üzünüz payıza hazırdırmı?

Üzü ağ, dərisi təravətli, əlləri yumşaq…- Bunları etməyin əsl vaxtıdır

Üzünüz payıza hazırdırmı?


Payızın oğlan çağı olsa da, qış sərt üzünü göstərməyə başlayıb. Havada payız sərinliyindən daha çox qış sərtliyi hiss olunur. Küləkli, yağmurlu hava şəraiti kəskin soyuqla müşayiət olunur. Necə ki, yay paltarlarını isti qış geyimləri ilə əvəz edir, bədənimizi soyuqdan qoruyuruq, eləcədə, əl və üzümüzü dəyişkən hava şəraitinin mənfi təsirindən mühafizə etməliyik. Necə? Bu suala birgə cavab tapmağa çalışaq.

Hər kəs öz təcrübəsindən bilir ki, isti havaya nisbətən soyuq və şaxta dəriyə daha çox təsir edir. Hətta soyuq və küləkli havanın təsiri ilə qocalığın izləri dəriyə vaxtından əvvəl düşür və dəriniz ruhunuzdan, bədəninizdən öncə yaşlanmağa başlayır. Deyilənləri özünüz də biraz diqqətli olmaqla görə bilərsiniz. Müşahidə etmisinizsə, uzun müddət şaxtada qaldıqda qan damarları daralır və dəri ağarır. Bu da qan dövranına mənfi təsir göstərir. Maddələr mübadiləsi pozulur, qidalanma zəifləyir. Bu zaman dəri müxtəlif qıcıqlanmalara məruz qalır, təravətini itirir. Düzgün qulluq etməklə bu cür fəsadların qarşısını almaq mümkündür. Məsələn, mütəmadi olaraq xüsusi qoruyucu vasitələrdən istifadə etməklə, havanın dəriyə mənfi təsirini aradan qaldırmaq mümkündür.Ev şəraitində isə xama, süd, yağlar dərinin təravətli olmasını təmin edə bilər.



Bu mövsümdə nəmləndirici vasitələrdən və xüsusi maskalardan istifadə mütləqdir. Soyuq havanın təsiri ilə dərinin müəyyən hissəsində hissiyyatın itməsi sizi qorxutmasın. Açıq havadasınızsa, dərhal həmin hissəni sürtmək lazımdır. Evdə isə bitki yağı, vitaminlə zəngin olan balıq yağı çəkmək olar.

Məsləhət və düzgün seçimdə kömək etməsi üçün kosmetoloqlara müraciət etməyiniz daha doğru olar.

Payızda dəriyə də təsirsiz ötüşməyən bir sıra xroniki xəstəliklər baş qaldırır. Odur ki, xarici faktorlara qarşı tədricən müqavimətini itirən zəifləmiş, həssas dərini soyuqdan qorumaq lazımdır. Bunun üçün yağlı, normal, quru və yaq qarışıq olmağından asılı olaraq, maskalar hazırlanmalıdır. Məsələn, dərisinin quruluğundan əziyyət çəkənlərin havaların soyuması və üstəlik orqanizmin xəstəliklə mübarizəyə başlaması ilə problemləri iki qat artır. Soyuğun təsiri ilə quru dəridə çatlar yaranır, soyulma başlayır. Bu və bu kimi xoşagəlməz xüsusiyyətlərin ortaya çıxmasının qarşısını almaq üçün əvvəlcə dərini lasyonla silib, sonra kosmetoloqun məsləhəti ilə üz dərisinə uyğun maska hazırlayıb, çəkmək lazımdır.

Bu məsələdə yağlar da qadınların dadına çatır. Məsələn, arqan yağını dəri asan özünə çəkdiyindən, ondan krem kimi istifadə edə bilərsiniz. Yumşaldıcı təsiri ilə 3 gün intensiv istifadədən sonra bu yağ nahamar və quru dərini yumşaldır və hamarlaşdırır.
Üstəlik, dərinin təbii qorunma baryerini gücləndirməkdə əhəmiyyətli olan yağ turşuları ilə zəngin olduğundan ekoloji faktorlar və stressdən qaynaqlanan, dərini qocaldan sərbəst radikallara qarşı təsirli və təbii qorunma təmin edir.



Qeyd edim ki, dəri nəmləndiricilərdən istifadə yuxarıda sadaladığım problemlərlə mübarizədə aciz qalır. Çünki keyfiyyətsiz nəmləndiricilər dəriyə sadəcə sululuq verir, onu nəmləndirmir. Su buxarlanınca da, dəri daha çox quruyur.Yüksək keyfiyyətli nəmləndiricilərdə isə yağlılıq hissi verən neft məhsullarıdır ki, onlar da təsirli ola bilər, lakin illər içində kimyəvi maddələr öz işini görür. Ancaq hind qozu yağı quru bölgələrə doğru hərəkət edərək səthi örtür və canlandırır.

Lakin yağlar və təbii maskalar nəinki yaranmış mənfi nəticəni aradan qaldırmaqda, eləcədə, dərini sərt qış qaydalarına hazırlamaqda aciz qalır. Məsələn, yayın izlərini hələ çöhrənizdə daşıyırsınızsa, günəşin mənfi təsirindən dəriniz ciddi zərər görübsə, hər bir əlaməti ilə müqavimətinin zəiflədiyinə işarə edirsə, deməli, kosmetoloqunuza üz tutmağın tam zamanıdır. Düzü, payız elə bir fəsildir ki, gözəlləşmək üçün istənilən addım yaxşı nəticə verir. Məsələn, artıq xeyli vaxtdır ki, qonaqlarımızın istifadəsinə verdiyimiz və qısa zamanda müsbət rəy toplayan "Exilis" aparatları ilə (http://www.aznews.az/index.php?c=news&id=120325 ətraflı tanış ola bilərsiniz) çox ciddi nəticələr əldə etmək mümkündür.



Ağardıcı və ləkə təmizləyən pilinqlər, ümumiyyətlə, bütün üzə qulluq proseduraları, talasa terapiyanın bu mövsümdə tətbiqi yüksək nəticələr verir. Ona görə də, indi bütün yay ərzində günəş şüalarının təsiri ilə üzə düşən ləkələrin təmizlənməsinin əsl vaxtıdır. Dərini qışa hazırlamaq üçün xüsusi mezalar, vitaminlər, plazmaliftinq, gialuron turşusu dərinizi bu qışa hazırlayacaq.

Qeyd edim ki, adını çəkdiyim bu proseduralar barədə növbəti yazılarımda daha ətraflı məlumat verəcəm.

Nəhayət, sonda onu da əlavə edim ki, tək dəridə deyil, elə dırnaqlarda da soyuq hava şəraitinin təsiri ilə müəyyən problemlər ortaya çıxır. Məsələn, laylanır, vitamin çatışmazlığı nəticəsində qırılır, bəzən hətta çatlayır. Bunun qarşısını almaq üçün tərkibində bol kalsium olan ərzaqlarla qidalanmaq, dırnaqlara xüsusi möhkəmləndirici vasitələr çəkmək lazımdır.



Uzun sözün qısası, nə qədər ki, qış sərt üzünü göstərməyib, tələsin.Tələsin ki, üzünüz təmiz, əlləriniz yumşaq, dəriniz isə möhkəm olsun.

Nazənin Axundova - "Sultan Saba" Sağlamlıq mərkəzinin rəhbəri
Xüsusi olaraq AzNews.az üçün