Çinin Şenjen vilayətində texnologiya sərgisində qeyri-adi hadisə baş verib. Çinin Şenjen vilayətində texnologiya sərgisində qeyri-adi hadisə baş verib.

Robot insana hücum etdi – Çində + FOTO

Çinin Şenjen vilayətində texnologiya sərgisində qeyri-adi hadisə baş verib.


AzNews.az Sina agentliyinə istinadən xəbər verir ki, Çinin Şenjen vilayətində təşkil edilən Hi-Tech sərgisində Little Chubby (balaca gombul) adlı droid birdən-birə stendlərdəki şüşələri sındırmağa başlayıb, daha sonra sərgi izləyicilərinin birinin ayağının üstündən keçib.

Bu droid 4-12 yaşlı uşaqların təlimi üçün yaradılıbmış. Xarici görkəmcə droid "Ulduz müharibələri" filmindəki R2D2 robotuna bənzəyir.

1942-ci ildə məşhur kəşfçi Ayzek Azimov bəyan etmişdi ki, robot heç vaxt insana zərər verə bilməz.