Hərracda ən baha qiymətə satılan əlbisə Merilin Monronun paltarı olub. Hərracda ən baha qiymətə satılan əlbisə Merilin Monronun paltarı olub.

Hərracda inanılmaz qiymətə satılan 7 paltar - Fotolar

Hərracda ən baha qiymətə satılan əlbisə Merilin Monronun paltarı olub.


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Monro bu əlbisəni ABŞ-nin 35-ci prezidenti Con Ficerald Kennedinin ad gününə geyinib.

1. Merilin Monronun paltarı 4 800 000 $ qiymətinə hərracda satılıb. Bu ən baha satılan paltar hesab olunur.



Kennediyə yaxınlığı ilə tanınan Merilin Monro məhz bu paltarda 1962-ci ildə ABŞ Demokrat Partiyasının qalibiyyətinin qeyd edildiyi tədbirdə ona həsr etdiyi məşhur "Ad günün mübarək, cənab prezident" mahnısını ifa edib.

2. Məşhur aktrisa Merilin Monronun "Uçan paltar"ı Los-Anceles şəhərində təşkil edilən hərracda baha satılan ikinci ənbisədir.



Əfsanəvi aktrisanın 1955-ci ildə yayımlanan "The Seven Year Itch" adlı filmdə geyindiyi ağ paltarı 4.6 milyon dollara satılıb.

3. Üçüncü yerdə Doroti Gelin paltarıdır. Hərracda 1 560 000 dollara satılıb.



4. XX əsrdə dünyanın 10 ən gözəl aktrisası sırasında yer alan Amerikalı kinoulduz Odri Hepbernin paltarı hərracda 923 000 dollara satılıb.



Bu bahalı paltarda o, "Tiffanidə səhər yeməyi" filminə çəkilib.

5. Şahzadə Diananın qara paltarı isə hərracda 302 000 dollara satılıb.



6. Səkkiz dəfə ailə həyatı quran Böyük Britaniya əsilli Amerika aktrisası Elizabet Teylorun paltarı isə 188 000 dollara satılıb.



O, bu paltarı 1950-ci ildə Konrad Hiltonla 1 ci evliliyi zamanı geyinib.

7. Hollivud aktrisası və müğənnisi Barbra Streyzandın əynində olan qızılı rəngli əlbisə 100 000 dollara hərracda satılıb.



Aktrisa bu paltarı 1969-cu ildə "Salam, Dolli" filminə çəkilən zaman geyinib.

AzNews.az