Avstraliya zooparkı kenqurunun üzünə yumruq ilişdirən əməkdaşını işdən qovmaqdan imtina edib. Avstraliya zooparkı kenqurunun üzünə yumruq ilişdirən əməkdaşını işdən qovmaqdan imtina edib.

Zoopark işçisi kenqurunu döydü, amma işdən qovulmadı - Kuryoz - Video

Avstraliya zooparkı kenqurunun üzünə yumruq ilişdirən əməkdaşını işdən qovmaqdan imtina edib.


AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, kuryoz hadisənin videosu internetdə yayıldıqdan dərhal sonra, ictimaiyyət arasında xeyli narazılığa səbəb olub.

Videodan göründüyü kimi, əməkdaş itin boğazından yapışan kenqurunun üstünə cumur. Daha sonra boks duruşunda dayanaraq heyvanın üzünə yumruq ilişdirir.

Taronqa zooparkının rəsmiləri əməkdaşları Tonkinsi dəstəkləyərək. onun həmin vəziyyətdə özünü müdafiə etdiyini bildiriblər. "6 ildir zooparkda çalışan Tonkins heyvanlarla necə davranmaq lazım olduğunu bilir,təcrübəlidir." - deyə rəsmilər qeyd edib.