- Köhnə - Maraqlı
- 7 Dekabr 2016 18:05
- 8 779
Sosial şəbəkədə yayılan video polislərə kömək etdi - Şok hadisə - Video
Son vaxtlar sosial şəbəkələrdə böyük məşhuqluq qazanan “Mannequin Challenge” flashmob-u bu dəfə polislərə kömək edib.
AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın Alabama ştatında Mannequin challenge flashmob-u polislərə narkotik maddə və qanunsuz silah saxlanılan evi tapmağa yardımçı olub.
Videoda cinayətkarlar həmin evin qarşısında dayanaraq, donmuş pozada dayanıb, əllərində silah atışma səhnəsini təsvir ediblər.
Polislər iki kişini həbs ediblər. Onlardan birinin 23, digərininsə 49 yaşı var.
Bu video Facebook-da 86 min-dən çox paylaşılıb.
Qeyd edək ki. Mannequin Challenge flashmob-unda videoda insanlar müxtəlif pozalarda donurlar. Həmin vaxt onları kameraya çəkirlər.