Tanzaniyanın baş naziri itmiş kərgədanın axtarışlarına göstəriş verdi. Tanzaniyanın baş naziri itmiş kərgədanın axtarışlarına göstəriş verdi.

Baş nazir itmiş kərgədana görə təşvişə düşdü

Tanzaniyanın baş naziri itmiş kərgədanın axtarışlarına göstəriş verdi.


AzNews.az BBC-yə istinadən xəbər verir ki, Tanzaniyanın baş naziri Kassim Madjaliva vəhşi təbiətin mühafizəsi ilə məşğul olan məmurlara Con ləqəbli kərgədanın tapılması üçün son bir gün vaxt verib.

Nazir bildirdi ki, bu vaxt ərzində onlar ya heyvanı tapmalıdı ya da ən son halda buynuzunu tapıb gətirməlidirlər.

Kərgədan 3 ay əvvəl Tanzaniya milli parkından itib. Bəzi məlumatlara görə, məmurlar 90 min dollar qarşılığında heyvanı satıblar.

Tanzaniyada kərgədanların sayı brakonyerlərin qanunsuz ovu nəticəsində əhəmiyyətli dərəcədə azalıb.