- Köhnə - Maraqlı
- 20 Dekabr 2016 21:12
- 9 937
Britaniyalıların il ərzində təcili xidmətə olan ən axmaq zəngləri - Gülməli faktlar

London Təcili xidməti britaniyalıların 2016-cı il ərzində onlara edilən zənglərin siyahısını açıqlayıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, təcili xidmətə il ərzində 66 mindən çox zəng edilib. Onların arasında kifayət qədər qəribə səslənən zənglər də olub.
Məsələn, bir nəfər sakin təcili xidmətə zəng edərək onun itinin salonda tüklərini kəsib səliqəyə salmaq əvəzinə tər-təmiz qırxdığını şikayət edib. İl ərzində bəzi sakinlər pişiklərin bərkdən mırıldamasını, tülkülərin onların bağından oğurluq etməsini şikayət edib.
Zənglərin miqdarına görə isə, Sautuark rayonunun sakini rekord qırıb. O, il ərzində 7878 dəfə təcili xidmətlərə zəng vurub. Lakin onu nə məhkəməyə veriblər, nə də cərimələyiblər. Məlum olub ki, həmin şəxs psixi pozğunluqdan əziyyət çəkir.
Lakin, psixi cəhətdən sağlam olan, 228 dəfə təcili xidmətə zəng vuran London sakini isə 3 ay müddətinə azadlıqdan məhrum edilib.