Rusiya gözəli dünyadan köçdü


AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Anna uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Onun xəstə olması indiyədək heç kimə bəlli olmayıb. Bu haqda məlumatı mətbuata isə rəfiqəsi verib.

"Biz Anna ilə 5 il qabaq tanış olmuşduq. O çox yaxşı insan, yaxşı rəfiqə idi. Həmişə ağırıdığını və yorğun olmasından şikayətlənirdi",-deyə rəfiqəsi müsahibəsində bildirib.

Məlumat üçün deyək ki, Anna Litvinenko 2006-cı ildə Rusiya gözəli seçilib və dəfələrlə Rusiyanı gözəllik yarışmalarında təmsil edib.