Gecə həyatının qaranlıq tarixi Gecə həyatının qaranlıq tarixi

Gecə həyatı belə başladı - Macəra axtaranlar

Gecə həyatının qaranlıq tarixi



Azərbaycanda gecə həyatı deyiləndə ilk xatırlanan barlar, klublar olsa da, əslində bu olduqca geniş məfhumdur. Gecə klubların əsasən 21:00 - dan sonra fəaliyyətə başlayan, gənclərin boş vaxtlarını keçirmək üçün nəzərdə tutulan ictimai yerlərdir.

Gecə klublarında bar, rəqs meydançası, daha sakit ortamda həzin musiqinin sədaları altında dincəlmək üçün guşələr ayrılır. İlk gecə klubları Amerikada yaranıb ki, bu da ötən əsrin 30-cu illərinə təsadüf edir. Ancaq həmin məkanlarda alkoqollu içkilərin satışı qadağan olduğundan gizli fəaliyyət göstərirdilər. 1933-cü ildə qanunda dəyişiklik edilməsi ilə gecə klublarını fəaliyyəti leqallaşdı. İlk gecə klubları ağ və qaradərililər üçün ayrı-ayrılıqda fəaliyyət göstərirdi.

1953-cü ildə Parisdəki "Whisky à Gogo" klubunda ilk rəqs meydançası yaradıldı. Tədricən SSRİ - yə də ayaq açan gecə məkanları kriminal avtoritetlərin və xanımların görüş yeri kimi tanındı. 60-cı illərdən etibarən bu mənfi imic dəyişməyə başladı. Artıq gecə klubları orta təbəqənin istirahəti üçün nəzərdə tutulan yerlərə çevrilirdi. 1970-ci illərdə imicdəyişmə prosesindəki dəyişikliklərin "disko" mərhələsi başladı. Diskolar göydə fırlanan gümüşü rəngli, ətrafa işıq saçan şar, hündürdə yerləşən rəqs meydançası ilə yadda qalıb. Bu məkanlarda

Qloriya Qeynor, Boni kimi müğənnilərin çıxış etməsi imicin formalaşmasına kömək edirdi. 1980-ci illərdə artıq qərbin "gecə həyatı" SSRİ-yə ciddi nüfuz etməyə başladı. Ancaq keçmiş SSRİ-nin dəmir qanunları bu müəssisələrin qapısının hamının aşmasına imkan vermirdi. Gecə məkanlar bağlı klub statusu daşıyırdılar. Burda müştərilər seçilmiş adamlar idi və onlar musiqiyə canlı qulaq asmaları ilə fəxr edə bilmək üçün gecə həyatını seçirdilər. Rok və caz klubları ətrafına qısa müddətdə çox sayda müştəri toplaya bildi.

90-cı illərdə gecə klubları bəzi qadağalar səbəbindən öz fəaliyyətlərini daha gizli davam etdirməli olurdular. Bu o zamanlar idi ki, gənclər yarımçıq tikilidə və ya gözdən uzaq bir ərazidə açıq havada mahnı dinləyib rəqs edirdilər. Həmin onilliyin ortalarından başlayaraq gecə klubları, barlar, daha sonrakı mərhələdə isə pub-lar bəzi kateqoriyadan olan insanların həyatının bir hissəsinə çevrildi. Ancaq məhz 90-ci illərin ortalarından başlayaraq gecə klublarının adı əxlaqsızlıq yuvaları ilə eyniləşdirilməyə başladı...

Elnarə Əlosmanqızı
AzNews.az