Kosmosda seks: Cəlbedici təklif, yoxsa....

Alimlər xəbərdarlıq edir: “Kosmosda seks təhlükəlidir"

Son zamanlar insanların Kosmosa olan marağı yaxın gələcəkdə Marsa və ya Aya insan səfərlərinin təşkil ediləcəyini söyləməyə əsas verir. Ancaq tədqiqatçıların araşdırmaları göstərib ki, kosmosda seks insan sağlamlığı üçün ciddi ziyan törədər.

Belə ki, Rusiya hökuməti və NASA sovet kosmonavtları və Amerika astronavtlarının orbitdə dünyaya uşaq gətirmək üçün əlaqə olması barədə məlumatları qətiyyətlə təkzib edir.
İnsanlar və heyvanlar üzərində müşahidə aparmaq mümkün olmasa da, bitkilər üzərində aparılan müşahidələr kosmosda seksin təhlükələri barədə xəbərdarlıq etməyə yetərli olub. "The Daily Mail" xəbər verir ki, qravitasiya sahəsinin dəyişməsi hətta xərçəng kimi öldürücü xəstəliyin meydana gəlməsinə səbəb ola bilər.
Beləliklə də alimlər kosmosda seks kimi cəlbedici təkliflə insanların Yerdən kənarda yaşamağa həvəsləndirmək istəyən qüvvələrin ola biləcəyini istisna etmirlər.
Qeyd edək ki, artıq gələn ildən etibarən suborbital turist səfərlərinin başlaması mümkündür. Səfərləri tanınmış ingilis milyarderi Rişard Brensonun rəhbərlik etdiyi şirkət təşkil edəcək. Ancaq şirkət "kosmik porno" çəkilişinə kömək üçün təklif olunan 1 milyon dollardan imtina edib.

Elnur
AzNews.az
image description image description image description image description