Bu, Rusiyada seksual azlıqların ilk kütləvi aksiyası olacaq Bu, Rusiyada seksual azlıqların ilk kütləvi aksiyası olacaq

Gey-parad keçiriləcək

Bu, Rusiyada seksual azlıqların ilk kütləvi aksiyası olacaq

Rusiyada ilk dəfə gey-parad keçiriləcək. Paradın Komi Respublikasındakı Sıktıkvar şəhərindəki Miçurin parkında baş tutacağı gözlənilir.

Artıq sekual azlıqların nümayəndələri bu barədə əlaqədar qurumları xəbərdar edib. Çünki yerli qanunlara görə, 100 nəfərdən artıq iştirakçının olduğu yürüşlərlə bağlı mütləq müvafiq qurumlar dan izacə alınmalıdr.

Əgər parad baş tutarsa bu, Rusiyada seksual azlıqların ilk paradı olacaq. Aksiyada iştirak edəcək "mavilər" təhlükəsizliklərinin təminini istəyiblər. Çünki gey-parada qarşı çıxan bir çox qrupların da həmin gün Miçurin parkında olacağı gözlənilir.

Elnur
AzNews.az