- Köhnə - Maraqlı
- 23 Avqust 2018 13:57
- 11 200
NASA-dan tükürpədici görüntü - Sürətlə yaxınlaşır
ABŞ son yarım əsrin ən dəhşətli qasırğasını gözləyir. Dördüncü dərəcəli “Lane” qasırğası 230 km/saat sürətlə Oahu adasına yaxınlaşır.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Kosmonavt Riki Arnoldun çəkdiyi foto isə insanları təşvişə salıb.
Qasırğa səbəbi ilə ABŞ-ın Sakit okeandakı əyaləti olan Havay adalarında gündəlik həyat durğunluq yaşayır. Məktəblərdə tətil elan olunub, rəsmi qurumlar və iş yerləri bağlanıb, camaat evlərinə yemək-içmək dolduraraq, qasırğanın gəlib-keçməsini gözləyir.
Havay əyaləti rəhbərliyi xalqa müraciət edərək, təhlükəli vəziyyətə son dərəcə ciddi yanaşmalarını, özləri üçün yemək-içmək və dərman ehtiyatı tədarük etmələrini bildirib.
Nurlan AĞA,
AzNews.az