AKP-nin əyalət katiblərindən olan dalğıc Əli Hakan Yavuz istirahətdə olduğu Kiprdə Ərdoğana qeyri-adi jest edib. AKP-nin əyalət katiblərindən olan dalğıc Əli Hakan Yavuz istirahətdə olduğu Kiprdə Ərdoğana qeyri-adi jest edib.

Ərdoğana qeyri-adi təbrik - Dənizin altında

AKP-nin əyalət katiblərindən olan dalğıc Əli Hakan Yavuz istirahətdə olduğu Kiprdə Ərdoğana qeyri-adi jest edib.

AzNews.az “Sputniknews”a istinadən bildirir ki, Yavuz dostları ilə birlikdə dənizin altında Ərdoğanın fotosu olan poster açaraq, prezidentin Qurban bayramını təbrik edib.

Katib əvvəllər dənizin altında Türkiyə bayrağı və Atatürkün posterinin də açıldığını bildirib. O, bunu Van Əyalət İdarəsi sədri Kayhan Türkmənoğlu və onun heyətdəki dostları adına etdiklərini vurğulayaraq, hər kəsin bayramını təbrik edib.

Nurlan AĞA,
AzNews.az