- Köhnə - Maraqlı
- 24 Avqust 2018 12:00
- 7 213
Su da tapıldı, Aya köçürük
Ay səthində donmuş halda su tapılıb. Bu barədə NASA açıqlama yayıb.
AzNews.az “Robotikpedia”ya istinadən bildirir ki, aşkar olunmuş buz parçaları dağınıq şəkildə, müxtəlif yerlərə səpələnmiş formadadır. Ayın səthində su olduğu həqiqəti özü ilə bərabər yeni bir sual da doğurur: biz Aya nə vaxt gedəcəyik?
Tədqiqata görə, buz parçalarına Ayın cənub qütbündə daha çox rast gəlinib. Şimal qütbündə isə həmin parçalar daha seyrək olaraq yayılıblar.
Əvvələr də Ay səthində buna bənzər cisimlər görülmüşdü, lakin bu bir ehtimal idi, indi isə faktdır. Alimlər qeyd ediblər ki, aşkar olunmuş buz parçaları bir insanın üstündə otura biləcəyi ölçüdədir. Ən əsası isə həmin maddədən su əldə edilə bilməsi aydınlaşdırılıb. Buna görə də Ayın gələcəkdəki kosmos səfərləri üçün su ehtiyatı rolu oynayacağı bildirilir.
Bir daha qeyd edək ki, artıq Ay insanlar üçün yaşayış yeri səciyyəsi daşımağa başlayır. Bu da o deməkdir ki, insanlar və ölkələr texnologiya yarışına çıxacaqlar. Bu isə növbəti 10 il ərzində bir sıra texnoloji nailiyyətlərin olacağından xəbər verir.
Nurlan AĞA
AzNews.az