- Köhnə - Maraqlı
- 24 Avqust 2018 12:10
- 6 685
Qətər əmiri o tualeti unutmadı
Əvvəlki Qətər əmiri Həmad ibn Xəlifə Əs-Sani 21 il əvvəl İtaliyada ikən ona kiçik, amma önəmli bir kömək etmiş yaşlı qadına sürpriz edib.
AzNews.az “Vatan” qəzetinə istinadən bildirir ki, 21 il əvvəl İtaliyanın Brindisi şəhərində olmuş eks Qətər əmiri küçədə gəzərkən tualetə ehtiyac duyub, lakin həmin yerin o vaxtı o qədər də turistik bölgə olmamasından dolayı “işini görməyə yer” tapa bilməyib. Bunun ardından orada yaşayan sakinlərdən Tereza Borsetti tanımadığı bu şəxsə evinin qapısını açıb və ona tualetindən istifadə edə biləcəyini deyib.
2013-cü ildə hakimiyyətə oğlunu gətirmiş və hazırda “Ata Əmir” olaraq tanınan Əs-Sani keçən həftə Brindisiyə gəlib və həmin qadını tapıb.
İtaliya mətbuatından “La Repubblica”nın xəbərinə görə, eks-əmir Terezanın orada yaşayıb-yaşamadığını aydınlaşdıraraq yenidən onun yanına gəlib və bir daha təşəkkür edib. Bununla bərabər, o, Terezaya müxtəlif hədiyyələr də gətirib.
Nurlan AĞA
AzNews.az