Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib. Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

Bu gün Bakıdan klassika qoxusu gəldi - Fotolar

Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

AzNews.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri də iştirak edib.

Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Mərkəzin parkında nümayiş olunub.

Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” – milis (1973), “BMW 3.0 CS Coupe (1974), “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim olunub.

***

11:33

AzNews.az-ın məlumatına görə, yürüş Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilir.

Tədbirdə 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edəcək. Yürüş saat 16:00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək və Bakının mərkəzi küçələri ilə davam edəcək.

Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

Qeyd edək ki, ötən il keçirilən yürüşdə 150-dən çox klassik avtomobil iştirak edib .

image description image description image description image description