- Köhnə - Maraqlı
- 27 Avqust 2018 09:46
- 7 161
Tramp bayrağı düzgün rəngləyə bilmədi
İnternet istifadəçiləri ABŞ prezidenti Donald Trampı ölkə bayrağının görünüşünü bilməməkdə ittiham ediblər.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfər şəklini Birləşmiş Ştatların səhiyyə naziri Aleks Azar Twitter səhifəsində paylaşıb.
İstifadəçilər Trampın uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetiriblər. Belə ki, onlardan birində onun bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda, göy boya ilə rənglədiyi görünür.
AzNews.az