Ukrayna prezidenti Petro Poroşenko ona sual ünvanlayan jurnalistə kobud reaksiya verib. Ukrayna prezidenti Petro Poroşenko ona sual ünvanlayan jurnalistə kobud reaksiya verib.

Poroşenkodan jurnalistə kobud reaksiya - Video

Ukrayna prezidenti Petro Poroşenko ona sual ünvanlayan jurnalistə kobud reaksiya verib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin anın videosunu ukraynalı jurnalist İvan Kazora feysbuk hesabında paylaşıb.

Jurnalist prezidentə seçkiqabağı vədləri ilə bağlı sual ünvanlayıb. Kazoranın sözlərinə görə, prezident şəxsi xeyriyyə fondundan Katedral Meydanının bərpası üçün pul ayıracağına, dövlət büdcəsindən Nikolayev adına Mərkəzi stadionun təmirinə 10-15 milyon qriven xərcləyəcəyinə, həmçinin bu şəhərdən keçən dövlət əhəmiyyətli magistralın təmiri məsələsini həll edəcəyinə söz vermişdi.

Lakin sualları eşidən Poroşenko qəfil mikrofonu əli ilə tutur və jurnalistə “çıxarsan, sənə danışaram” deyib. Daha sonra mühafizə jurnalisti prezidentdən uzaqlaşdırıb.

AzNews.az