Çelyabinsk 3 saylı vilayət xəstəxanasının doğum evində işçilər təmir zamanı araq butulkası, onun içində isə məktub aşkar ediblər. Çelyabinsk 3 saylı vilayət xəstəxanasının doğum evində işçilər təmir zamanı araq butulkası, onun içində isə məktub aşkar ediblər.

Araq butulkasının içindən məktub çıxdı: “İllərlə ət yemirik...”

Çelyabinsk 3 saylı vilayət xəstəxanasının doğum evində işçilər təmir zamanı araq butulkası, onun içində isə məktub aşkar ediblər.

AzNews.az Sonxeber.az-a istinadən xəbər verir ki, tapıntının müəllifləri məktubun 1980-ci illərə aid olduğunu iddia edirlər. Çünki məktubda Brejnev dövrünün ağır şəraitindən şikayət olunur.

"180-200 rubl kiçik maaş alırıq, illərlə ət görmürük. Bizim rəhbərimiz yoldaş Brejnev hər şeyi xaricə göndərir... Ümumiyyətlə, yaşamaq asan deyil", - məktubda yazılıb.

Doğum evinin mamaçası Natalya Svetkova yerli KİV-ə tapıntını təsdiq edib.

AzNews.az