Şahzadə Parisdə qarət edildi

Səudiyyə Ərəbistanının xanım şahzadəsini Parisdə Ritz hotelində qarət ediblər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, şahzadənin 800 min avroluq zinət əşyaları oğurlanıb.

Hadisə sentyabrın 7-də baş verib. Qeyd edilir ki, şahzadə zinət əşyalarını seyfdə gizlətməyib, onları nömrədə açıq şəkildə qoyub.

Şahzadə faktla bağlı polisə müraciət edib.

AzNews.az