“Beşiktaş”lı sevgilisinin transferini kölgədə qoydu - Fotoları ilə

“Beşiktaş”ın yeni transferi Adem Lyayiçin uzun müddətdir birlikdə olduğu sevgilisi Sofiya Miloseviç gözəlliyi ilə diqqət çəkir.

AzNews.az publika.az-a istinadən xəbər verir ki, Sofiya təkcə Lyayiçin sevgilisi kimi tanınmır.

1980-ci il martın 18-də Belqradda anadan olan 177 sm boya malik sarışın gözəl ABŞ-da “Diesel” və Jeremy Scott“ kimi brendlərin siması olub.

Miloseviç cəsur fotolarıyla da adından söz etdirə bilib. Serbiyalı modelin “İnstaqram”da 362 min təqibçisi var.

AzNews.az