Tramp bu dəfə Afrikada divar tikmək istəyir

ABŞ prezidenti Donald Tramp İspaniya hakimiyyətinə miqrasiya problemini həll etmək üçün təklif verib.

Modern.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Tramp İspaniyaya da Sahara səhrasından keçən nəhəng divar tikməyi təklif edib.

Bu barədə nəşrə İspaniyanın xarici işlər naziri Jozep Borrel bildirib.

İspan siyasətçiləri Trampa Sahara çölünün 4,8 min km uzandığını bildirsələr də ABŞ prezidenti bu ifadələri şübhə ilə rədd edib.

“Sahara sərhədi bizim Meksika ilə sərhədimizdən uzun ola bilməz” – Tramp bildirib.

Qeyd edək ki, prezident Tramp ABŞ-ın Meksika ilə 3,2 min km uzunluğunda olan sərhədində divar tikintisini başladıb. Bu divar ölkəyə miqrantların keçəsinin qarşısını almaq məqsədi ilə tikilir.

AzNews.az