Azərbaycanlı pəhləvanlar Rusiyada - Video

Rusiyanın Birinci kanalının efirində yayımlanan talant şousu “Я могу!”nun (Mən bacararam) budəfəki iştirakçıları azərbaycanlı pəhləvanlar Hüseyn və Laçın Əbdülhüseynovlar olublar.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, onlar göstərdikləri şou ilə tamaşaçıları təəccübləndiriblər.

“Biz layihəyə ona görə gəldik ki, əsl kişilərin heç nədən qorxmadığını göstərək”, - deyə qardaşlar efirdə bildiriblər.

Proqramın aparıcısı Leonid Yakuboviç söyləyib ki, bundan sonra Əbdülhüseynov qardaşlarını kim görsə, onların ağlına Azərbaycan gələcək:

“Alimlər, müğənnilər, rəssamlar, aktyorlar öz ölkələrini məşhur edir. Ancaq mən əminəm ki, bundan sonra kimsə Azərbaycanın adını çəkəcəksə, o zaman bu iki qardaş ağıllara gələcək, yaxud da bunun əksi baş verəcək”.

Qeyd edək ki, Əbdülhüseynov qardaşları bundan öncə başqa bacarıq yarışmalarında da iştirak edib.

AzNews.az