Bu məşhurlar “Twitter“də yoxdur

Siyahıdakı şəxslərə mikrobloqinq servisində profil yaratmaq məsləhət bilinib


Nüfuzlu "Titme" jurnalı dünyanın ən populyar mikrobloqinq servisi Twitter-də hələ də profilləri olmayan məşhur şəxslərin adlarını açıqlayıb.

"Twitter"də hələ də profili olmayan, amma şəbəkədə səbirsizliklə gözlənilən şəxslər arasında ilk yerləri dünyanın ən zəngin iş adamlarından biri Uorren Baffet və ABŞ-ın sabiq prezidenti Bill Klinton tuturlar.

"Twitter bu şəxsləri gözləyir" siyahısının ilk onluğunu təqdim edirik:

1. Uorren Baffet (investor)
2. Bill Klinton (siyasətçi)
3. Corc Kluni (aktyor)
4. Cennifer Lourens (aktrisa)
5. Tim Kuk (Apple-nin rəhbəri)
6. Devid Bekhem (futbolçu)
7. Co Stüart (tok-şou aparıcısı)
8. Şahzadə Harri
9. Hillari Klinton (siyasətçi)
10. Kim Çen In (Şimali Koreyanın lideri)

AzNews.az