Google şirkətinin səhmlərinin qiyməti bahalaşmaqda davam edir Google şirkətinin səhmlərinin qiyməti bahalaşmaqda davam edir

Google rekord vurdu

Google şirkətinin səhmlərinin qiyməti bahalaşmaqda davam edir



Son hərrac zamanı Google-un bir səhminin qiyməti 861,55 dollar olub. Ekspertlərin qiymətləndirməsinə görə, şirkətin kapitallaşdırma dəyəri 286 milyard dollar olub ki, bu da onun Amerika şirkətləri siyahısında ikinci yerdə qərarlaşmasına imkan verir. 433 milyard dollar kapitallaşdırma ilə Apple şirkəti əvvəlki kimi lider olaraq qalır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, proqnoza əsasən, yaxın gələcəkdə internet nəhənginin bir səhminin qiyməti 1000 dollar həddini ötə bilər.

AzNews.az