Diqqət: 150 il yaşamağın RESEPTİ

Türkiyənin məşhur pəhriz mütəxəəssisi Taylan Kümeli 150 il yaşamağın sirrini açıb



O "Qara üzüm, çiyələk, tut yeyin. Soğan, sarımsaq və kələmdən başqa ağ rəngli şeylərdən çəkinin. Doğru yemək və yaşam tərziylə 150 yaşına qədər yaşamaq mümkündür" deyib.

Mütəxəssisin fikrincə, mətbəx 150 il yaşamağın sirlərini özündə saxlayır: "Tərəvəz və meyvədə bol vitamin olduğu üçün yemək menyusunda ilk yerlərdə dayansın. Xüsusən şəhərdə aliminium, civə kimi materiallarla təmas qaçılmazdır. Bunun nəticələrini aradan qaldırmaq üçün həftədə bir neçə gün yaşıllıqlar arasında gəzin ki, həm ruhunuz, həm də bədəniniz arınsın. Tut, çiyələk, ərik, qara üzüm, gilas, ispanaq, brokoli, qırmızı bibər bəzi problemlərin yaranmasını və ya inkişafını ləngidir".
150 il yaşamaq üçün mütəxəssis aşagıdkıları məsləhət görür:

Yağ, şəkər, duz istifadə etməyin.
Yağı alınmış süd və qatıq yeyin.
Gündə 2.5 litr su için.
Həftədə 2 dəfə balıq yeyin.
Ətli yeməklər əlavə yağ tökməyin, əti öz yağı ilə bişirib.
Yeməklərə fındıq yağı, günəbaxan, soya, qarıdalı yağı, salatlara isə zeytun yağı tökün.
Qara çörək yeyin.
Ağız və diş sağlığına diqqət edin.
Həyata sarılın. Yaşamaq həvəsinizi azalmağa qoymayın.
İdman edin.

Elnarə Əlosmanqızı
AzNews.az