Abbas Bağırov Ziya Məmmədovun oğlu ilə qolf oyunundan danışdı

Əməkdar artist Abbas Bağırovun paylaşdığı foto sosial şəbəkələrdə böyük marağa səbəb olub. Şəkil Abbas Bağırovun Azərbaycan Qolf Federasiyasının prezidenti, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla qolf oynadıqları zaman çəkilib.

Müğənni sayta açıqlamasında qolfa olan həvəsi və Anar Məmmədovla baş tutan qarşılaşmada qalib tərəf haqda məlumat verib: "Anar müəllimlə qolf oynamaq çox xoş idi. Əlbəttə, Anar müəllim qolf ustasıdır, mən isə bu sahədə ilk adımmlarımı atıram".
Onu da deyim ki, artıq qolf məktəbinə yazılmışam və çalışıb, bu idman növü ilə intensiv məşgul olacam".

Müğənni Nəqliyyat nazirinin oğlu ilə dostluq münasibətlərindən də söz açıb: "Anar müəllimlə 2001-ci ildən ailəvi dostluq edirik və dostluğumuz möhkəm və təmənnasızdır".

Onu da qeyd edək ki, müğənni ilə federasiya rəhbəri Qubada yerləşən "Rixos" otelinin qolf meydançasında yarışıblar.

Xəbər "Axar.az"dan gəlir