Xalq artistinin sevgi məktubu -MARAQLI

Xalq artisti Aygün Kazımovanın sevgi məktubu tapılıb.


"Qafqazinfo" Ailem.az-a istinadən xəbər verir ki, məktub 1995-ci il iyulun 31-də qələmə alınıb. Məktubun ünvanlandığı şəxsin adı və soyadı açıq qeyd olunsa da, etika xatirinə tam vermirik. Məktub kiril əlifbası ilə, müğənninin öz xətti ilə yazılıb.

Məktubun mətnini təqdim edirik:

"Mən, Kazımova Aygün Ələskər qızı, əgər B. Ü. Əflatun oğluna xəyanət etsəm, Ü. Əflatun oğlu tərəfindən öldürülməyimə razılıq verirəm!!! Əgər bu cinayət işi baş verərsə, xahiş edirəm mənim ölümümdə Ü. Əflatun oğlunu günahkar saymayasınız!

İmza. Rəhmətlik : Aygün Kazımova Ələskər qızı"


AzNews.az