“Google“dan növbəti bayram təbriki- Foto

AzNews.az xəbər verir ki, Milli Müstəqillik Gününü populyar axtarış sistemi Google da yaddan çıxarmayıb.

Google şirkəti 18 oktyabr - Azərbaycan Milli müstəqillik günü xüsusi doodle, logo hazırlamaqla qeyd edir.

Doodle-da Azərbaycan gerbi, bayrağın rəngləri yer alıb. Hazırlanan doodle-u ancaq Azərbaycan İP-lərindən görmək mümkündür.

Xatırladaq ki, bu yaxınlarda dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyində də Google məxsusi doodle hazırlamışdı.


AzNews.az