- Köhnə - Maraqlı
- 5 Mart 2014 13:49
- 4 263
Bakıda daha hansı evlər söküləcək?- Açıqlama
Şöbə müdirinin anspress-ə verdiyi məlumata görə, "Xutor", "Qaraşəhər", "Sovetski", "Kubinka", "Papanin" və başqa yerlərin sökülməsi artıq neçə illərdiki müzakirə olunur.
Bunun üçün artıq işlər görülür. "Sakinlərin şəhərdən kənara köçmələrinə belə reaksiya vermələri təbii ki, normaldır. O ki, qaldı oların Binəyə və ya başqa yerlərə köçürülməsi yanlışdır. Sakinlər hara özləri istəsələr ordanda mənzil almaqda sərbəstdirlər", - deyə Nazim Quliyev deyib.
O, deyib ki, "Xutor", "Kubinka" amma bu yerlərin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur: "Sökülmə nəzərdə tutulub, vaxtını isə dəqiq deyə bilmərəm".
Nazim Quliyevin sözlərinə ümumiyyətlə paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli , kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub.
AzNews.az