TQDK-dan abituriyentlərə xəbərdarlıq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə xəbərdarlıq edib.

Komissiyanın saytında verilən məlumata görə, mayın 18-də əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək: "Abituriyentlər imtahana gələrkən özləri ilə "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqənizin əslini gətirməlidirlər.

Əgər bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, abituriyent imtahan binasına buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq. Onlar da imtahan binasına buraxılmayacaqlar".

TQDK bildirib ki, imtahan başa çatdıqdan sonra həmin gün saat 16:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları imtahan başa çatdıqdan sonra TQDK-nın səhifəsində yerləşdiriləcək.

AzNews.az