Dağıstanlı fermer Əhmədxan Maqomedov yeni becərdiyi ərik növündən birinə dünyaca məşhur aktrisa Ancelina Colinin adını verib. Dağıstanlı fermer Əhmədxan Maqomedov yeni becərdiyi ərik növündən birinə dünyaca məşhur aktrisa Ancelina Colinin adını verib.

Yeni ərik sortuna Ancelina Coli adı verildi - VİDEO

Dağıstanlı fermer Əhmədxan Maqomedov yeni becərdiyi ərik növündən birinə dünyaca məşhur aktrisa Ancelina Colinin adını verib.



AzNews.az anspress-ə istinadən xəbər verir ki, o, əriyə bu adı verməyinin səbəblərini də açıqlayıb. O bildirib ki, hər kəsin Ancelina Colidən xoşu gəldiyinə görə bu addımı atıb. Onun fikrincə əkdiyi və Hollivud ulduzunun adını verdiyi meyvə dadına görə seçilir və onu çox saxlamaq olur.

On hektar sahəsi olan bostanda həmçinin "Kraliça Yelizaveta II" adı altında çiyələk növü də var. Maqomedov ümumilikdə 32 növ çiyələk yetişdirir. Onun "Amazonka" adlı təsərrüfat məhsulu illik olaraq təxminən on ton giləmeyvə təşkil edir.

AzNews.az