- Köhnə - Maraqlı
- 19 Avqust 2014 09:33
- 4 481
Mürdəşirin birgünlük həyatı - “Allahla müqavilə bağlamışam”
"Sabahımızın keşikçisi" adlı bu fotosilsilə gündəlik həyatda rastlaşdığımız, əməyinə və işlədiyi sahəyə köntoy baxdığımız və hətta açıq deyək, bəzi hallarda iyrəndiyimiz sıradan bir insandır. Səs-küylü şəhər həyatında kütlə içində görünməz adam – Seyfi. O, hər gün Sari şəhərindəki "Beheşte Rezayi" qəbiristanlığına yollanır, "af-uf" demədən gündəlik işi ilə məşğul olur və hər axşam evinə qayıdaraq ailənin ümumi qayğılarını və sevincindən özünə düşən payı götürür.
15 illik işindən əsla narazılıq etməyən Seyfiyə məşğuliyyəti ilə bağlı sual verdikdə isə daim eyni cümləni təkrarlayır: "Mən Allahla müqavilə bağlamışam".
AzNews.az