- Köhnə - Maraqlı
- 27 Oktyabr 2014 19:58
- 5 057
100 yaşında təyyarə sürür
İtaliyada bədənində 21 güllə yarası olan 100 yaşlı kişi yenə də təyyarə sürməkdə davam edir.
AzNews.az xəbər verir ki, ikinci dünya müharibəsində almanlara qarşı vuruşmaq üçün 235 dəfə havaya qalxan və 79 illik pilot təcrübəsi olan Volpi elə indinin özündə də yüngül gövdəli təyyarə sürür.
100 yaşı olmasına baxmayaraq o, eynək taxmır. Volpi, ümumilikdə 7 min 500 saat havada döyüşdə olub.
O, ayda ən azı bir dəfə "Piper Aztec" markalı tək mühərrikli təyyarəsi ilə Alp dağı üzərində uçur.
Volpi öz həyatı haqda dostlarına belə deyib: "Nəvələrim tək velosipedə minməyimi qadağan edib. Belə də iş olar? Təyyarədən istifadə etməyimə icazə var, velosipedə minməyə yox. Çünki mənə bildirirlər ki, yoldakı avtomobil sürücülərinə etibarları yoxdur".
AzNews.az