"Polat Ələmdar" 6 həftə olmayacaq

“Türkiyənin populyar “Qurtlar vadisi pusu” serialının qəhrəmanı Polat Ələmdar rolunu canlandıran Necati Şaşmazin müalicəsi 6 həftə sürəcək”.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Necati Şaşmazın həkimləri yayıb.
"Medikal Park Göztepe" xəstəxanasının qulaq-burun-boğaz şöbəsinin rəhbəri, professor Ünal Bayır və plastik cərrah Ercan Cihandide aktyorun vəziyyəti haqda mətbuat konfransı keçirib.

Onlar bildiriblər ki, Necati Şaşmaz müalicə edilən ərəfədə serialın çəkilişlərinə qatılmayacaq.

Qeyd edək ki, çəkiliş zamanı Necati Şaşmazın çənəsinin sümüyü qırılıb.


AzNews.az