- Köhnə - Maraqlı
- 4 Noyabr 2014 13:31
- 5 839
8 yaşlı uşaq xəstə dostuna yardım üçün kitab yazdı - FOTO
ABŞ-da 8 yaşlı məktəbli Dilan kitab yazıb və qarşılığında 1 milyon dollar qazanıb.
AzNews.az xəbər verir ki, bu pulları oğlan nadir xəstəlikdən əziyyət çəkən dostunun müalicəsinə yönəldib.
Gənc müəllifin kitabı 2012-ci ildə çap olunub. 16 səhifəlik bu əsər "Şokolad" adlanır.
Kitabın satışından toplanan pul Dilanın yaxın dostu, səkkiz yaşlı Conun müalicəsinə sərf olunur: "Mən dostuma kömək edə bildiyim üçün çox şadam. İnanıram ki, mənim hekayəm uşaqların dünyagörüşünü dəyişəcək".
Qeyd edək ki, Dilanın dostu Con nadir irsi xəstəlikdən - bədəndə qlükoza çatışmazlığından əziyyət çəkir.

Aydan Axundova
AzNews.az