Sosial şəbəkələr terroristlərin informasiya mərkəzidir – Araşdırma

“Facebook və Twitter sosial şəbəkələri terroristlər üçün informasiya mərkəzinə çevrilib”.


AzNews.az xəbər verir ki, bunu Böyük Britaniyanın Dövlət Rabitə Mərkəzinin rəhbəri Robert Hanniqan deyib.

Onun sözlərinə görə, bir çox terror qrupları məhz bu sosial şəbəkələr vasitəsilə özlərinə döyüşçü toplayır.

Araşdırmalar göstərib ki, "İslam Dövləti" isə öz yaraqlılarını WhatsApp və YouTube-nun köməyilə sıralarına qatır.