- Köhnə - Maraqlı
- 5 Noyabr 2014 15:41
- 4 654
Van Qoqun çəkdiyi şəkil 61,8 milyon dollara satıldı
Van Qoqun çəkdiyi şəkil Nyu York hərracında 61,8 milyon dollara satılıb.
AzNews.az xəbər verir ki, Vinsent Villem Van Qoq bu şəkli 1890-cı ildə ölümünə bir neçə həftə qalmış, fransız həkimi Paul Qaçetin evində çəkib.
Rəssam dibçəkdə, çəmən gülllərindən ibarət buketi təsvir edib.
Bu şəkil onunla əlamətdardır ki, Van Qoqun sağlığında sata bildiyi nadir şəkillərdəndir.
Van Qoq incəsənət tarixi boyu bəlkə də ən ağır, çətinliklərlə dolu həyata malik olan simadır. Ən azı həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur. Vinsent 1853-cü il 30 mart tarixində, Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və Teodor Van Qoqun ailəsində anadan olub.
1869-1876-cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışıb. 1876-cı ildə İngiltərədə müəllim işləyib.
Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmamazlıqlara gətirib çıxarıb.
O, ömrünün son illərini Arl, Sen-Remi və Ovür-sür-Uaz kimi ruhi xəstəxanalarda keçirib.
Van Qoq 1890-cı il iyul ayının 29-da Ovür-sür-Uaz xəstəxanasında özünə sui-qəsd edib. Ölüm ayağında, qardaşı Teo onun yanında olub və ondan bu sözləri eşidib: "La tristesse durera toujours" (Qəm daim davam edəcək).
AzNews.az