- Köhnə - Maraqlı
- 6 Noyabr 2014 15:05
- 7 003
Məmur arvadıyla bir həftə küçələrdə qaldı - VİDEO
Çelyabinsk Vilayətinin hökumət informasiya şöbəsinin əməkdaşı Anton Pervuxin və onun həyat yoldaşı Alisa pul və rabitə vasitələri olmadan yeddi gün küçələrdə yaşayıblar.
AzNews.az xəbər verir ki, böyük şəhərdə yaşamaq üzrə aparılan eksperiment "Şəhər vəhşiləri" realiti-şousunda yayımlanacaq.
Şounun şərtlətinə əsasən, layihənin iştirakçıları dostlarının və tanışlarının köməyindən istifadə edə bilməzdilər. Həmçinin, onlara eyni qazanc növündən istifadə etmək və eyni yerdə gecəni keçirtmək qadağan olunub.
Qeyd edək ki, Anton Pervuxin virus reklamının yaradılması üzrə ixtisaslaşan PR-mütəxəssis kimi tanınır. Bəzi məlumatlara görə, məhz o Leonardo Di Kaprioya Çelyabinsk "Oskar"ı verilməsi ideyasının müəllifi olub.
Aydan Axundova
AzNews.az