- Köhnə - Maraqlı
- 25 Dekabr 2014 16:30
- 17 634
Azərbaycanda qeyri-adi quş yuvası aşkar edildi - VİDEO
Cəlilabad rayonunda ağacda qeyri-adi quş yuvası aşkar edilib.
AzNews.az xəbər verir ki, arıquşunun yaz mövsümündə qurduğu bu yuva körpə uşaq başmağı formasındadır.
Yundan və pambıqdan tikilən yuva son dərəcə dəqiqliklə hazırlandığından onu heç də hissələrə parçalamaq mükün deyil.
Yuvanı aşkar edən Əfqan Məlikov deyir ki, yaz mövsümündə arıquşunun onun içində bala çıxarması və onları necə bəsləməsini də diqqətlə müşahidə edib: "Yuvanın uşaq başmağı formasında olması heç də təsadüfi deyilmiş. Hər dəfə balaları üçün yem dalınca gedən arıquşu yuvanın boğaz nahiyyəsini dimdiyi ilə bağlayırmış ki, digər quşlar körpə balalara zərər yetirməsin".
Bu il həmin arıquşu bu yuvada bir neçə bala çıxarıb.
Mütəxəssislərin fikrincə, bir çox quşların müdafiə xarakterli yuvaları hazırlaması onlara xas olan instiktiv əlamət hesab olunur.
Bu zaman yun və pambıq materialınnın seçilməsi isə qapalı mühitdə yaşayan quş balalarının normal nəfəs almasını təmin edir.