- Köhnə - Maraqlı
- 26 Dekabr 2014 15:02
- 6 989
Kim Çen Inın filmini 900 min nəfər yüklədi
Şimali Koreya lideri Kim Çen In haqda çəkilən “Müsahibə” filminin pirat variantı bir gün ərzində 900 mindən çox insan tərəfindən yüklənib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Variety" nəşri yayıb.
Məlumatda deyilir ki, "Müsahibə" filmi YouTube Movies, Google Play, Xbox Video və filmin rəsmi saytı tərəfindən yayımlandıqdan sonra onun pirat variantı hazırlanıb.
Bu da bir çox ölkə vətəndaşlarının marağına səbəb olub.
Filmi yükləyən istifadəçilərin 28 faizi ABŞ-ın payına düşüb.
Qeyd edək ki, Şimali Koreyanın Moskvadakı səfirliyi həmin filmin Rusiyada nümayiş etdirilməməsi üçün bir çox rəsmilərdən xahiş edib.
Şimali Koreya rəhbərliyi isə çıxış edərək deyib ki, Kim Çen In haqda çəkilən film təhlükəli kino məhsuludur və bu, terrorizmə dəstək verir.