- Köhnə - Maraqlı
- 30 Dekabr 2014 16:48
- 5 222
Pul tapdın götür, kitab gördün qaç
“Türk xalqı gündə altı saatını televiziyaya, üç saatını internetə ayırır. Kitab oxumaq üçün isə ildə yalnız altı saat vaxt tapır”.
AzNews.az xəbər verir ki, bu haqda məlumat Demokrat Pedaqoqlar Peşəsi Araşdırma Mərkəzi (Desai) tərəfindən hazırlanan Ar-Ge hesabatında yer alıb.
Hesabatda deyilir ki, Avropa Birliyi ölkələrində əhalinin 21 faizi kitab oxuyursa, Türkiyədə bu, yalnız 0,01 faiz təşkil edir.
Lətifə və eşq kitabları oxunur
Kitab oxunmasına görə Türkiyə dünya ölkələri arasında 86-cı yerdə qərarlaşıb. Bu göstərici Afrikanın Qambiya və Fil Dişi Respublikası ilə eynidir.
Ən çox oxunan isə lətifə kitabları, dini məzmunlu nəşrlər və eşq romanlarıdır.
Kitaba ildə 6,5 TL
Ayda mobil telefonuna 213 TL xərcləyən dörd nəfərlik bir türk ailəsi kitaba ildə yalnız 6,5 TL ayırır.
Türkiyədə Avropa standartına uyğun olmayan 1118 kitabxanaya ildə 18 milyon şagird gedir.
16 min kitabxanası olan ABŞ-da kitabxanalara ildə 1 milyard 400 milyon insan daxil olur.
1118 kitabxanaya qarşı Türkiyədə 600 mindən çox çayxana var.
Türkiyədə kitabxanaların 1 milyon 25 min üzvü olduğu halda 71 milyon insanın mobil telefonu var.