Metroseksualların yerinə Lamberseksuallar gəlir: onlar kimdir?

Kişi dəbində və üslübunda yeni tendensiya meydana gəlib: lamberseksuallar.


AzNews.az xəbər verir ki, onların başlıca əlamətləri uzun, lakin baxımlı saqqal, sadə geyim (futbolkalar və ya flanel köynəklər) və kobud, həm də sadə görünüşdür. Lamberseksualların üslübu metroseksualların bahalı geyimə üstünlük verən baxımlı kişi üslübu ilə tam təzad təşkil edir.



"Lamberseksual" adı ingilis sözü "lambercek"dən (lumberjack) götürülüb. Bu söz isə odunçu, ağacqıran mənasını ifadə edir. Məhz Şimalı Amerika (ABŞ, Kanada) odunçuları (əlində balta, flanel dama-dama köynəklərdə güclü saqqallı kişi) yeni üslübun əsasını təşkil edir.

Aydan