- Köhnə - Maraqlı
- 6 Yanvar 2015 14:21
- 8 304
İt öz balalarını donmaqdan belə xilas etdi - VİDEO
Bursanın İnegöl bölgəsində maraqlı bir hadisə baş verib.
AzNews.az xəbər verir ki, bir ana it qar altında qalan daxmasında donan 8 balasını ağzıyla götürərək 300 metr aralıdakı tikintiyə aparıb.
Bütün bunlar həvəskar kamera tərəfindən çəkilib. Vətəndaşların zəngindən sonra hadisə yerinə gələn polis əməkdaşları it və onun balalarına süd və qida verib.
Daha sonra isə hadisə yerinə gələn İnegöl Bələdiyyəsinin üzvləri onları heyvan sığınacağına aparıb.