Pişiyi öldürdü - həbs cəzası aldı

ABŞ məhkəməsi bir nəfər vətəndaşa pişiyi öldürdüyünə görə 2 il həbs cəzası verib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yayıb.

Məlumatda deyilir ki, məhkum edilən şəxs pişiyi onu dişlədiyinə görə öldürdüyünü açıqlayıb.

İstintaq sənədində yazılıb ki, 2013-cü ildə 24 yaşlı oğlan öz həyat yoldaşı ilə 2 ölü pişiyi heyvanların sığınacağına gətirib və ziyana görə pul tələb ediblər. Bu cütlük daha sonra 3 ölü pişiyi də veterinar klinikasına aparıblar.