ŞOK: Bu ölkədə pivə boru kəməri çəkiləcək

Belçikanın Brügge şəhərində pivə boru kəməri çəkiləcək.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalının rəsmi saytı yayıb.

Məlumatda deyilir ki, bu haqda razılıq Brügge Bələdiyyə Şurası tərəfindən verilib.
Razılığa əsasən şəhərin mərkəzində yerləşən pivə istehsal edilən sexdən qablaşdırmaq üçün nəzərdə tutulan fabrikə qədər olan ərazidə pivə boru kəməri çəkilməlidir.

Hazırda pivənin daşınması prosesi 500-ə yaxın avtosistern tərəfindən həyata keçirilir.

"De Halve Maan" pivə şirkətinin sahibi Xavier Vannestenin sözlərinə görə, pivə boru kəmərinin ümumi uzunluğu 3 kilometr təşkil edəcək və bu boru ilə saatda 6 min litr pivə axıdılacaq: "Borular polietilendən hazırlandığından onun sızma ehtimalı sıfıra bərabərdir".

Pivə boru kəməri layihəsinin həyata keçirilməsi bu ilə planlaşdırılıb.