Dünyanın ən yaraşıqlı ağacları – FOTOLAR

Təbiət gözəlliyi hər bir insanın istər gündəlik həyatına, istərsə də həyat tərzinə təsir edir.



AzNews.az xəbər verir ki, bu gün yaşadığımız planetdə təbiət gözəlliyi haqda söz düşəndə ilk öncə göz qabağına meşə massivi və o massivi gözəlləşdirən növbənöv acağlar gəlir.

Ağacların isə ən yaşlısı, ən hündürü, ən tez böyüyəni və ən yaraşıqlısı olur.

Ən yaşlı ağac - ABŞ-nın Nevada ştatında yaşı 4900 il olan qılçıqlı şam ağacıdır.
Ən hündür ağac - ABŞ-nın Kaliforniya ştatında bitən, boyu 110,3 metr olan həmişə yaşıl Sekvoya ağacıdır.

Ən tez böyüyən ağac - Evkolipt ağacıdır ki, bir ildə 10,6 metr böyüyür.

Bu ağacların fotolarını yəqin bir çox insanlar görüb.

Ən yaraşıqlı ağacların fotolarını isə AzNews.az sizə təqdim edir: