6 min qadın ərlərinə etdikləri xəyanətdən danışdı - SORĞU

Amerika Birləşmiş Ştatlarında maraqlı bir sorğu keçirilib. 6000 qadından ərlərinə niyə xəyanət etdiklərinin səbəbini soruşublar.


AzNews.az xəbər verir ki, araşdırma maraqlı cavablarla yadda qalıb. Xəyanətdən söz düşəndə ağıla gələn ilk şey cinsi tələbatın ödənilməməsi olur. Amma sorğunun nəticəsi bunun belə olmadığını sübut edib.

Respondentlərin böyük qismi – 16 %-i səbəb kimi ərlərinin anlayışsız olduğunu deyib.
Cinsi tələbatın ödənilməməsi cavabını isə 14 % qadın verib.

Ərlərinin kübar olmadığını düşünən qadınlar 11 %-dir.

Həyatla bağlı gələcək planları olmayan kişilər də xəyanətlə üzləşə bilərlər. 10 % respondent ərini bu səbəbdən aldadıb.

Tərəf müqabilini gigiyenik qaydalara əməl etmədiyinə görə aldadan qadınlar sorğunun 9 %-ini təşkil edir.

Qadınların 7 %-i ərlərinin iş həyatındakı bacarıqsızlığını xəyanətə səbəb göstərib.
5 % qadın isə ərini "ana uşağı" olduğu üçün aldadıb.