Avropa Film Festivalının açılış mərasimindən maraqlı – FOTOSESSİYA

Dünən "Park Bulvar" ticarət və əyləncə mərkəzində Avropa filmləri festivalının başlanmasına həsr olunan mətbuat konfransı və kino bayramının açılış mərasimi keçirilib.

Tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, bu quruma üzv dövlətlərin səfirliklərinin, Mədəniyyət və Turizm Nazirliyi və "Park Cinema" kinoteatrının birgə təşkilatçılığı ilə baş tutub.

III Avropa Film Festivalının açılışında qeyd olunub ki, festival 4-10 oktyabr tarixlərində Bakıda keçiriləcək.

AzNews.az-ın məlumatına görə, mətbuat konfransından sonra ziyafət təşkil olunub. Ziyafətdə dövlət və hökumət nümayəndəli, ictimai xadimlər, o cümlədən, müxalifət nümayəndələri də iştirak ediblər.

Festival çərçivəsində ilk ekran əsəri - "Uyuyan kəpənəklər qalası" filmi nümayiş etdirilib.

Qeyd edək ki, Avropa Film Festivalının proqramına Avropa 14 dövlət və Azərbaycanda istehsal olunmuş 15 filmin nümayişi daxildir. Bu çərçivədə tamaşaçılara musiqili komediyadan (İsveçdən "Səsin Sədası"), emosional drama (İtaliyadan "Yenə Öp Məni"), psixoloji trillerdən (Britaniyadan "Kevin haqqında danışmalıyıq") tutmuş detektiv ssenarili filmədək (Belçikadan "Alsqeymer sindromu") geniş çeşidli janrlarda filmlər təqdim olunacaq.

Festivala Litva kino rejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kino rejissoru Eva Blondiau fəxri qonaq qismində qatılıb. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcək. Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiyada nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq.

AzNews.az ziyafətdən hazırlanan fotoreportajı təqdim edir.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description